Cahangir Hacıyevin məhkəməsi təxirə salındı - SƏBƏB


Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.  

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə C. Hacıyevin vəkili Aqil Layıcov çıxış edib. Digər vəkili Fəxrəddin Mehdiyevin çıxış mətni hazır olmadığından hakimdən vaxt istəyib.

Proses avqustun 29-na kimi təxirə salınıb.

Xatırladaq ki, C. Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmənin qərarı ilə İ.Hidayət-zadənin cəzası 5 ilə endirilib.(APA)

DİGƏR XƏBƏRLƏR

Top