Bakıda oğurluqla məşğul olan yeniyetmə tutulub.
Yeniavaz.com Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 400 ABŞ dolları, 10.000 manat dəyərində qızıl-zinət əşyaları və “İJ” markalı ov tüfəngini oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini olan bir yeniyetmə saxlanılıb. Cinayətdə iştirak etmiş daha 2 nəfər isə müəyyən edilib.
Araşdırmalar davam etdirilir.