
Yüngül fiziki hərəkətdən sonra yorulmanız, sizin səhətiniz üçün gələcəkdə ola biləcək təhüləkənin göstəricisidir.
Yeniavaz.com xəbər verir ki, amerikalı elm adamlarının 625 nəfər üzərində apardığı araşdırma nəticəsində, ən xırda hərəkətlərdə belə tez yorulan insaların ürək xəstəliklərinə tutulma riskinin daha yüksək olduğu məlum olub.
Araşdırma heyətinin üzvü Cennifer Şark bildrib ki, tez yorulan insanlar həyat tərzini dəyişməlidir.
Düzgün qidalanma və mütəmadi olaraq idmanla məşğul olmanın bir çox orqanın fəaliyyətini yaxşılaşdırıdığı kimi ürək üçün də xeyirli olduğunu vurğulayan C.Şark deyib: “Hər bir insanın təsdiq olunmuş standartlara uyğun çəkisi var. Çəkisini qorumağı bacaran və proqramlaşdırılmış şəkildə idmanla məşğul olan insanlar həm tez yorulma problemini aradan qalıracaq, həm də ürək xəstəlikləri riskini azalda biləcəklər”.
Tətbiqimizi yükləyə bilərsiniz