Bakıda öldürülən çeçen döyüşçülər - SİYAHI


Ötən gün Berlində öldürülən çeçen əsilli Gürcüstan vətəndaşı Zəlimxan Xanqoşvilinin qatili saxlanılıb.
Yeniavaz.com xarici KİV-lərə istinadən bildirir ki, 40 yaşlı Zəlimxan Xanqoşvilini öldürən şəxs 49 yaşlı Rusiya vətəndaşıdır.
Qeyd edək ki, məscidə gedərkən güllə ilə başından vurularaq öldürülən Zəlimxan Xanqoşvili İkinci Çeçen Müharibəsində (1999-2000) iştirak edib. Daha sonra Çeçenistan ərazsində Rusiya ordusuna qarşı keçirilən müxtəlif əməliyyatlara qatılıb. Rusiya tərəfindən axtarışda olan Zəlimxan Xanqoşvilinin həyatına dəfələrlə sui-qəsd edilib. 2015-ci ildə Tblisidə ona qarşı edilən sui-qəsd zamanı ağır yaralanıb.
Məlumat üçün bildirək ki, Zəlimxan Xanqoşvilinin kimi Birinci (1994-96) və İkinci Çeçen Müharibələrində iştirak edən onlarla çeçen döyüşçü dünyanın müxtəlif yerlərində sui-qəsdlər nəticəsində öldürülüb. Yüksək mövqeyə sahib olan bəzi çeçen döyüşçülərə isə Bakıda sui-qəsd edilib.
Bakıda sui-qəsdə məruz qalan bəzi çeçen döyüşçüləri bunlar olub:
- 2001-ci ilin may ayında Bakıda kirayə qaldığı mənzilin girişində Maqomed Kariyev adlı şəxs öldürülüb. Maqomed Kariyev Çeçenistanın 2-ci prezidenti Aslan Masxadovun (1997-2002) dövründə ölkənin təhlükəsizlik xidmətində yüksək vəzifə tutub. General rütbəsi daşıyan Maqomed Kariyev İkinci Çeçen Müharibəsinin aktiv iştirakçılarından olub. Mətbuatın yazdığına görə, qatil səsboğucu quraşdırılan silahdan Maqomed Kariyevə 8 dəfə atəş açıb və sonuncu güllənə yaxın məsafədən başına vurub.
- 2002-ci ilin noyabr ayında Bakıda 29 yaşlı Xizir Talxadov öldürülüb. Xizir Talxadov Çeçenistanın prezidenti Aslan Masxadovun şəxsi mühafizəçisi olub. Talxadov Nobel prospektində həyat yoldaşı ilə gedərkən 2 nəfər naməlum şəxs onlara yaxınlaşıb və 8 dəfə atəş açaraq onu öldürüblər. İkinci Çeçen Müharibəsinin iştirakçısı olan  Xizir Talxadovun 2000-ci ildən etibarən Bakıda yaşadığı qeyd olunur.
- 2002-ci iln sonlarında Bakıda daha bir çeçen döyüşçüsü Maqomedəli Maqomedov öldürülüb. "İbrahim" ləqəbilə tanınan Maqomedəli Maqomedovun Çeçenistan və Dağıstan ərazilərində Rusiya ordusuna qarşı döyuüşdüyü bildirilir.
- 2003-cü ilin sentyabr ayında Bakının mərkəzində başına açılan atəşlə öldürülən Vaxa İbrahimov Çeçenistanın ilk prezidenti Cövhər Dudayevin (1991-96) yaxın adamalarından olub. 55 yaşlı Vaxa İbrahimov Türkiyə və Birləşmiş Ərəb Əmirliklərində qızıl ticarətilə məşğul olub.
- 2009-cu ilin noyabr ayında Bakıda, Mərdəkan qəzəbəsində  daha bir çeçen döyüşçüsü öldürülüb. Gözətçi işlədiyi bağ evində öldürülən Visxan Abdurrahmanovun adını dünya 1996-cı ildə Türkiyənin Trabzon limanından "Avrasiya" bərəsini qaçırdığı zaman öyrənmişdi.
 

DİGƏR XƏBƏRLƏR

Top