Sabah qeydiyyat başa çatır


Sabah peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyat prosesi başa çatır.  

Yeniavaz.com xəbər verir ki, ixtisas seçimində müvəffəqiyyət qazanan şəxslər qeydiyyatdan keçmək üçün təhsil haqqında sənədin əslini, tibbi arayışı, şəxsiyyət vəsiqəsinin surətini, 3x4 sm ölçüdə 4 ədəd fotoşəkli və hərbi mükəlləfiyyət barədə sənədi (hərbi mükəlləfiyyətlilər) qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər.

Qeydiyyatdan keçməyənlər qəbul olunduqları ixtisasdan imtina etmiş hesab olunacaqlar.

Qeyd edək ki, 8808 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub.

DİGƏR XƏBƏRLƏR

Top