Çində etirazlar təhlükəli həddə çatıb - VİDEO


Çinin paytaxtı Honq-Konqda etiraz aksiyalarına polis sərt şəkildə müdaxilə edib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Çində həyata keçirilən etiraz aksiyaları təhlükəli həddə çatıb. Günlərlə davam edən mitinqə yüzlərlə insan qatılıb. Çin polisi etirazçılara qarşı təzyiqli su, gözyaşardıcı qazdan istifadə edib. Müxtəlif alətlərlə hücum edən bəzi şəxslər isə polis tərəfindən döyülüb.
Qeyd edək ki, Çin hökumətinin bəzi qanun dəyişikliklərinə etiraz edən Honq-Konq etirazları 3 aydır davam edir. Etirazlar ölkə iqtisadiyyatına yüksək məbləğdə zərər vurub. Təkcə Honq-Konqda uçuş sektoruna 76 milyon dollar zərər dəyib. Aksiya xüsusilə ticarət və bənzəri işlərlə məğul olan biznesmenlərə də öz mənfi təsirini göstərib. Bu səbəbdən ölkənin varlı adamları mitinqlərin tezliklə bitməsini istəyib.

DİGƏR XƏBƏRLƏR

Top