G-7 zirvəsində qeyri-adi anlar: Tramp Merkeli burnundan öpdü - FOTOLAR


Fransanın Biarits şəhərində baş tutan zirvədə dünya liderlərinin maraqlı görüntüləri ortaya çıxıb.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, dünya liderlərinin bir yerə yığışdığı G-7 zirvəsində prezident və baş nazirlərin qeyri-adi hərəkətləri gündəm olub. Onlardan biri Fransa prezidentinin həyat yoldaşı ilə Donald Tramp arasında yaşanıb. Fransanın birinci xanımı Briqitte Makron Trampı yanağından səmimi şəkildə öpüb. Bu anlar izləyənləri kifayət qədər təəccübləndirib. Həyat yoldaşı Emanuel Makron isə həmin anları gülərək qarşılayıb. İkinci maraqlı hadisə isə yenə Donald Trampla əlaqəlidir. Belə ki o, Almaniya kansleri Angela Merkeli burnundan öpüb. Bəhs edilən hadisələr G-7 zirvəsinin ən maraqlı görüntülər olub.

DİGƏR XƏBƏRLƏR

Top