Azərbaycanda bacıoğlu dayısını bıçaqladı

Ağstafa rayonunda bacıoğlu və dayısı arasında yaşanan mübahisə sonda dayının bıçaqlanması ilə bitib.
Yeniavaz.com baku.ws-ə istinadla xəbər verir ki, Vilayət Misirov iki bıçaq zərbəsi diaqnozu ilə Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Əməliyyat edilən V.Misirovun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
Aparılan ilkin araşdırmalar zamanı müəyyən edilib ki, 58 yaşlı kişini öz bacısı oğlu bıçaqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top