Oğuzda meşə yanğını: FHN təyyarə və iki helikopter göndərdi


Oğuzdakı meşə yanğınının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi təyyarə və iki helikopter göndərib.

Nazirlikdən Yeniavaz.com-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Oğuz rayonunun Baş Daşağıl kəndi yaxınlığındakı mürəkkəb relyefi dağlıq ərazidə, meşədə yanğın olması barədə məlumat daxil olub.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti və Aviasiya dəstəsinin “BE 200 ÇS” tipli amfibiya təyyarəsi, 2 ədəd helikopteri cəlb edilib.

DİGƏR XƏBƏRLƏR

Top