İlqar Məmmədovdan sərt sözlər: "Rədd olub getmisən, imkan ver adamlar öz ölkələrinə sahib çıxsınlar"


REAL Partiyasının sədri İlqar Məmmədov "Facebook" hesabında seçki aksiyaları keçirən Rusiya müxalifətinin lideri Aleksey Navalnıya qarşı ittihamlara münasibət bildirib. 
Yeniavaz.com xəbər verir ki, İlqar Məmmədov Qarri Kasparovun Navalnıya ittihamlarına belə şərh edib: 
"Çox fikirləşirdim ki, görəsən, Moskvanın seçki dönəmindən istifadə edərək şəhəri bir-birinə qatan Aleksey Navalnını hakimiyyətlə mandat alverinə girməkdə birinci kim ittiham edəcək. Paho! Bizim boykotçu "həmyerlimiz" Qarri Kasparov! Dünən yazısı çıxdı. Navalnını əxlaqsızlıqda və satqınlıqda ittiham etdi. Oturub özü üçün Amerikada, amma azad seçki uğrunda vuruşan dürüst rus balalarını Putinə satılmış adlandırır. Həyasızlığın dərəcəsinə bax. Özün boykot edib rədd olmusan ölkədən, imkan ver adamlar öz ölkələrinə sahib çıxsınlar. Yox e, nə danışırsan, "satılmışlar" möhürünü əlinə alıb elə döşəyir".

DİGƏR XƏBƏRLƏR

Top