Ukrayna vətəndaşı Bakıda 160 min dollarlıq dələduzluq edib


Ukrayna vətəndaşı Bakı sakininə qarşı dələduzluq edib.

 39 yaşlı Fərid Pənahov qarşılaşdığı hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib.

F.Pənahov şikayətində bildirib ki, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 142-də yerləşən 58 saylı mənzili Ukrayna vətəndaşı Nina Krimişenkodan 160 min dollara alıb.

O, pulu N.Krimişenkoya ödəyib. Lakin sonradan məlum olub ki,  mənzil 1980-ci il təvəllüdlü Sara Hamlet qızı Əliyevaya məxsusdur.

Faktla bağlı araşdırma aparılır.(report)

DİGƏR XƏBƏRLƏR

Top