Aprel döyüşləri zamanı yüzlərlə polis əməkdaşı döyüşə getmək üçün müraciət edib - RƏSMİ


2016-cı ildə Azərbaycan Ordusunun qələbəsi ilə bitən aprel döyüşləribaşlayanda Bakı Polis Qarnizonundan yüzlərlə polis əməkdaşı döyüşə getmək üçün yazılı və şifahi müraciətlər ünvanlayıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) facebook səhifəsində yer alıb.

Belə ki, polis serjantları ilə yanaşı, yüksək rütbəli zabitlər müraciətlər və raportlar yazaraq xidmət yerinin səngərə dəyişdirilməsi ilə bağlı müraciətlərdə özlərini Vətən üçün fəda etməyə hazır olduqlarını bildiriblər: “Səngərdə döyüşən, canını Vətən üçün fəda edən oğullarımızdan artıq olmadıqları həmin müraciətlərin ana xəttini təşkil etmişdir: Azərbaycan Polisi səngərsiz əsgərdir!”

DİGƏR XƏBƏRLƏR

Top