Davudoğlu: "Terrorla mübarizə sənədləri açılsa, bir çoxları, insan üzünə çıxa bilməz" - VİDEO


"Terrorla mübarizə sənədləri açılsa, bir çoxları, insan üzünə çıxa bilməz".
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu deyib.
Ə.Davudoğlu, bu barədə keçmiş partiyası - AKP (Ədalət və İnkişaf Partiyası) tərəfindən ona qarşı irəli sürülən ittihamlara cavab verərkən danışıb.
Bildirib ki, HDP-nin (Xalqların Demokratik Partiyası) limiti keçdiyi 7 iyun 2015-ci ildə keçirilən parlament seçkilərilə seçkinin yeniləndiyi 1 noyabr 2015-ci il arasında olan 4 aydan sonra AKP iqtidara gəlib.
Bu tarixdən 6 ay keçməmiş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın istəyi ilə baş nazirlik və AKP-nin sədri vəzifəsindən istefa edən Ə. Davudoğlu deyib: "Gəlin yaddaşınızı yoxlayın. Gələcəkdə Türkiyə Cümhuriyyəti tarixi yazılanda, əminəm ən kritik dövrlərdən biri 7 iyunla 1 noyabr arasındakı vaxt yazılacaq".

DİGƏR XƏBƏRLƏR

Top