
ABŞ prezidenti Donlad Trampın keçmiş mətbuat katibi Sara Sanders "Fox News"da xəbər şərh edəcək.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Sara Sandersə yeni işləyəcəyi telekanalda çox önəmli vəzifə verilib. O, ABŞ-da olduqca nüfuzlu xəbər kanalı sayılan "Fox News"un hazırladığı xəbərləri şərh edəcək.
Qeyd edək ki, "Fox News" Trampın ən çox sevdiyi telekanaldır. Boş vaxtlarında həmin kanalın verilişlərini izlədiyi məlumdur. Bəzi vaxtlarda isə sosial şəbəkələrdə sevdiyi proqramlar barədə öz fikirlərini bildirir.
Tətbiqimizi yükləyə bilərsiniz