Türkiyədəki erməni millət vəkilləri bir-birini təhqir edib tarixi etiraflar etdilər - FOTOFAKT


Türkiyə Böyük Millət Məclisində Xalqların Demokratik Partiyasını (HDP) təmsil edən erməni əsilli millət vəkili Qaro Paylan ilə hakim Ədalət və İnkişaf Partiyasını (AKP) təmsil edən digər bir erməni əsilli millət vəkili Markar Esayan arasında qarşıdurma baş verib.
Yeniavaz.com xəbər verir ki, AKP-dən olan millət vəkili Markar Esayan "Akşam" qəzetində yazdığı köşə yazısında iddia edib ki, Qaro Paylan Latın Amerikası ölkələrinə səfəri zamanı beynəlxalq güclərdən Türkiyəyə müdaxilə etmələrini istəyib. Esayan yazıb ki, Paylanın "Türkiyəyə müdaxilə edin" çağırışı mənə 100 il əvvəl baş verənləri xatırlatdı: "PKK və HDP "Daşnak" və "Hnçak" (erməni terror təşkilatıları -red.) təşkilatlarının etdiyindən daha çoxunu edirlər".  
Qaro Paylan isə öz sosial şəbəkə hesabından Markar Esayana cavab verib. Paylan qeyd edib ki, biz Latın Amerikası ölkələrində keçirdiyimiz görüşlərdə onlardan Türkiyədəki demokratik qüvvələrlə əməkdaşlıq etmələrini istəmişik: "Bu açıq bir iftiradır. İddiasını sübut etməsən iftiraçısan. 24 aprel 1915-ci ildə həbs olunan ermənilərin siyahısını hazırlayanların arasında Tələt Paşa ilə əməkdaşlıq edən ermənilər də olub. Təssüf ki, bu gün də var".   

 

DİGƏR XƏBƏRLƏR

Top