
ABŞ-da avtomobil idarə edərkən yatan sürücünün görüntüləri yayımlanıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-da bir nəfər maşın sürərkən yuxulayıb. Həmin anlar yaxından keçən digər maşınlar tərəfindən görüntülənib. Bir neçə kilometr hərəkət halında olan avtomobilin sürücüsü qəfil oyanaraq maşını idarə etməyə başlayıb. Hadisə qəzasız başa çatıb.