Köhnə "Fiat" satışa çıxarıldı - Dünyada sadəcə iki ədəd var


Bir vaxtlar türkiyəli məşhur iş adamı Vəhbi Qoç üçün xüsusi istehsal edilmiş "Fiat 131" avtomobili alıcılarını gözləyir.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeni satışa çıxarılan "Fiat 131" avtomobili 1980-ci ildə istehsal edilib. Kondisioner, gülləkeçirməz şüşələrə sahib avtomobil sadəcə 18 min kilometr gedib.
Qeyd edək ki, dünyada sadəcə iki ədəd olan avtomobili Vəhbi Qoç öz həkiminə hədiyyə etmişdi. Həkimin vəfatından sonra özəl bir şirkətin kolleksiyasında saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top