Norveçin Stavanger şəhərində xristianlar cümə namazı vaxtı müsəlmanlara dəstək aksiyası keçirdib.
Yeniavaz.com xarici mətbuata istinadən xəbər verir ki, Norveç Xristianlar Birliyi tərəfindən təşkil edilən həmrəylik aksiyasında iştirak edənlər "Bizlər dostuq", "Siz ibadət edərkən sizə sahib çıxacağıq" yazılı şüarlarla məscidin ətrafında dairə yaradaraq dayanıblar.
Qeyd edək ki, Norveç Xristianlar birliyi tərəfində bu addım Oslo şəhərində yerləşən Əl Nur məscidinə iki həftə əvvəl edilən silahlı hücumdan sonra atılıb.