
CNN aparıcısı "Ölmək istəmirəm", "Ana nə olar ölmə" ifadələri ilə yaddaşlarda qalan cinayətin xəbərini təqdim edərkən hislərini gizlədə bilməyib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyədə CNN televiziyasında aparıcı Əminə Bulut cinayətini təqdim edib. Xəbəri şərh edərkən, "10 yaşlı qızının gözləri önündə" ifadələrini deyərkən aparıcı göz yaşlarını saxlaya bilməyib. Sözlərini yarımçıq kəsən aparıcı müxbirə danışması üçün işarə edib.
Qeyd edək ki, qatil köhnə həyat yoldaşı ilə mübahisə etdikdən sonra taksiyə minərək getmək istəyib. Cinayətkar qadını maşından düşürərək şiddət tətbiq edib. Çarəsiz qadın 100 metr yaxınlıqdakı restorana qaçıb. Arxasınca restorana girən qatil qadını boğazından bıçaqlayaraq qətlə yetirib.
Tətbiqimizi yükləyə bilərsiniz