Davudoğlu AKP haqqında: Bir hərəkat öz tarixini silməyə başlayıbsa, özü özünü ləğv edir - VİDEO


Türkiyənin keçmiş baz naziri və hazırda iqtidarda olan hakim partiya - Ədalət və İnkişaf partiyasının (AKP) sədri olmuş Əhməd Davudoğlu, yeni partiya qurmağa hazırlaşdığı bir vaxtda keçmiş partiyası tərəfindən ona qarşı irəli sürülən ittihamlara cavab verib.
Yeniavaz.com xəbər verir ki, AKP-nin yaradılmasının 18-ci il dönümü ilə əlaqədar hazırlanmış videoda onun baş nazirliyi dönəminə yer verilməməsinə fikir bildirən Davudoğlu deyib: “Bir hərəkat öz tarixini silməyə başlayıbsa, özü özünü ləğv edir. Etirazımıza etirazla cavab verə bilərdilər.  Ancaq onlar nə etdilər? Bizə xain dedilər. Xəyanət etdiyimizi dedilər. Millətin istəyi ilə vəzifəyə gəlmiş, baş nazir olmuş birinə heç kim xain deyə bilməz. Bütün sələfim olmuş baş nazirləri rəhmətlə anıram. Heç biri xainlik etməyib. Bu ölkədə xain baş nazir olmayıb. Bundan sonra da olmayacaq”.
Bələdiyyə sədrliyinə qəyyum təyin olunması ilə seçicilərə hörmətsizlik edildiyini vurğulayan Ə.Davudoğlu deyib: “Bir ölkədə seçki keçirilirsə, millətin səsləri ilə bir qərar verilirsə buna hörmət etməlisiniz. O hörmət bələdiyyə sədirlərinə olan hörmət deyil, yüz minlərlə vətəndaşa edilən hörmətdir. Kim terrora dəstək verirsə sərt şəkildə cəzalanmalıdır. Həmin şəxslər seçiklərdən əvvəl cəza almışdılarsa seçki komisiyası (YSK) onları qəbul etməməliyidi. İkinci seçimdən sonra cinayət işləmişdilərsə məkəmə qərarı ilə həbs edilib, vəzifələrindən uzaqlaşdırılmalı idilər. Hazırda həmin şəxslərin heç biri cinayət məsuliyyətinə cəlb olunmayıb. Əgər günahkardılarsa cəzalandırılmalıdılar”.

DİGƏR XƏBƏRLƏR

Top