Xəzər dənizində 3,4 maqnitudalı zəlzələ baş verib.
Yeniavaz.com Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 01:38-də qeydə alınıb.
Zəlzələ ocağı 40 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.