Qaxda uşağı it dişləyib


Qax rayonunun Ağçay kənd sakini, 2009-cu il təvəllüdlü İsmayılzadə Musa Atəş oğlunu it dişləyib. 

O, dərhal Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Tibb müəssisəsindən bildirilib ki, M.İsmayılzadəyə yaşadığı kəndin ərazisində küçə iti hucum edərək, onun sol qolundan dişləyib.

M.İsmayılzadəyə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərtilə evə buraxılıb.//APA

DİGƏR XƏBƏRLƏR

Top