Bakıda qeyri-adi məclis gerçəkləşib.
Sosial şəbəkədə yayılan videoda bir aşığın ifası yer alıb.
Onun ifasının fonunda isə qonaqlar rəqs edir. Burada maraqlı məqam isə qonaqların hovuzun içində rəqs etməsidir.
Sözügedən görüntülər sosial şəbəkədə müzakirə edilib. Bəziləri bunun aşıq yaradıcılığına təhqir olduğunu söyləyib.
Birmənalı qarşılanmayan görüntülər tənqidlərə məruz qalıb. Yerli mediada videonun toyda çəkildiyi, rəqs edən şəxslərin içkili olması ilə bağlı məlumatlar yayılıb.
Yeniavaz.com Axşam.az-a istinadən xəbər verir ki, videoda saz ifa edən Aşıq Daşqın Gəncəli görüntülərin toy məclisində qeydə alınmadığını deyib:
“Toy deyildi. Normal yığıncaq - “Ciyər axşamı” (Toydan bir gün öncə keçirilən məclis – red.) idi, özləri əylənirdilər. Heç kim kefli olmayıb. Ev sahibi nə nazir, nə deputatdır. Adi normal bir adamdır. Məclis Bakıda olmayıb, amma Azərbaycanın başqa bir ərazisində baş tutub. Burada böyüdüləsi ciddi bir problem yoxdur”.