Türkiyənin Antalya vilayətində bir nəfər xeyirxah şəxs, mağazadakı "nisyə dəftəri"ni 6 min 500 türk lirəsinə (1920 azn) satın alıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, vilayətin Muratpaşa rayonundakı Soyuqsu məhəlləsində adını vermək istəməyən xeyirxah şəxsin isə mağaza sahibindən bir xahişi olub. O məhəllə sakinlərinin borclarının ödəndiyini mağazanın pəncərəsinə yazılmasını istəyib. Mağaza sahibi Osman Çingiz isə onun bu istəyini yerinə yetirib.
O, Çingiz məhəllə sakinlərindən bəzilərinin bu işə sevindiyini, bəzilərinin isə nisyə yazdırmadıqları üçün kədərləndiyini bildirib.