Dəhşətli cinayəti törədənin ilk ifadəsi: "Hirsləndim ..." - VİDEO - YENİLƏNİB


​Xəbər verdiyimiz kimi, Türkiyədə bir kişi 4 il əvvəl boşandığı həyat yoldaşının boğazını 10 yaşlı qızlarının gözləri qarşısında kəsib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, dəhşətli cinayəti törədən Fədai Baranın ilk ifadəsi açıqlanıb. Qatil ifadəsində bildirib ki, qızlarının qəyyumluğu ilə bağlı danışarkən keçmiş həyat yoldaşı Əminə Bulut onu təhqir edib: "Hisrləndim, üstümdə gəzdirdiyim bıçaqla onu vurdum".
Qeyd edək ki,  Fədai Baran məhkəmə zalında həbs edilib.

***11:43
Türkiyədə baş verən dəhşətli cinayətin görüntüləri yayımlanıb.
Yeniavaz.com xəbər verir ki, Türkiyədə bir nəfər qızının gözləri önündə boşandığı qadının boğazını kəsib.
Dəhşətli hadisənin görüntüləri sosial şəbəkələr vasitəsilə yayılıb. Videoda ağır yaralanan qadın "ölmək istəmirəm" deyə səslənərkən, qızı "ana nə olar" ölmə deyə yalvarıb.
Həmin hadisənin görüntülərini təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top