70 yaşlı azərbaycanlı 93 günə 4 min km yol qət etdi - FOTOLAR


Mingəçevirli Abid İsmayılov 93 gün ərzində 4 min kilometr yol qət edib.
Yeniavaz.com
xəbər verir ki, bu günlərdə vətənə dönən A. İsmayılovu yaxınları şəhərin girəcəyində qarşılayıblar. O, bu 93 gün ərzində Mingəçevir-Gürcüsan- Krım arasında velotur həyata keçirib.
O bildirib ki, getdiyi hər yerdə insanlardan isti münasibət görür: "Bu da ömrümün bir hissəsinə yazılan ən yaxşı anlardan biri oldu. Onu da deyim ki, yolda çox çətinliklər çəkdim. Yollarda velosiped yolunun olmaması da çətin idi. Hətta gələndə yüngül qəza da keçirib qolumu yaraladım. Bizim şəhərdə də velosipedçilər üçün yol olsa yaxşı olardı".
Qeyd edək ki, A. İsmayılov 8 ildir ki, belə veloturlar həyata keçirir. Təqaüdə çıxdıqdan sonra bu idman növünə maraq göstərib. Dediyinə görə illər öncə şəkərli diabetdən əziyyət çəksə də bu idman növü ilə məşğul olduqdan sonra xəstəlik tamamilə yox olub.



Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top