Hacıqabulda mikroavtobus qəzaya uğrayıb - Yaralananların adları məlum oldu - YENİLƏNİB

Hacıqabul rayonunda yol qəzası nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub.

Bunlar Yevlax rayon sakinləri - 1983-cü il təvəllüdlü Şərifova Cəmilə Tehran qızı, 2002-ci il təvəllüdlü Məmmədli Aytac İlham oğlu, 1974-cü il təvəllüdlü Əliyev Ceyhun Tariyel oğlu, 2005-ci il təvəllüdlü Məmmədli Yasin İlham oğlu, 1999-cu il təvəllüdlü Əbdürrəhmanova Nərmin Taleh qızı, 1967-ci il təvəllüdlü Əliyeva Rəsmiyyə Mustafa qızı, 1976-cı il təvəllüdlü İbadov Qəni Mehman oğlu və 1947-ci il təvəllüdlü Hidayətova Qahirə Bəhrəm qızıdır.

Xasrət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.(publika.az)
08:56***

Hacıqabul rayonunun Muğan qəsəbəsində mikroavtobus qəzaya uğrayıb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, "Mercedes" markalı mikroavtobusun qəzaya uğraması nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bildirilir ki, sürücü Abdulrəhimov Elvin Elşən oğlunun idarə etdiyi mikroavtobusun qarşısına iribuynuzlu heyvan çıxdığı üçün qəza baş verib.

DİGƏR XƏBƏRLƏR

Top