Qurban Qurbanov: "Çoxsaylı qol imkanlarından yararlana bilmədik”


"Futbolda nadir hallarda belə şeylər olur. Çoxsaylı qol imkanlarımız oldu və bunlardan yararlana bilmədik”

Bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının "play-off" mərhələsinin ilk oyununda Şimali İrlandiyada “Linfild”ə uduzduqları (2:3) oyundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis bildirib ki, rəqib qol epizodlarından yox, standart vəziyyətlərdən fərqlənib:

“Bu futboldur, bunlara da hazır olmalıyıq. Cavab matçında böyük şansımız var. Bakıda qələbə qazanmağa çalışacağıq".//Report

DİGƏR XƏBƏRLƏR

Top