Ağsuda meşə yanır - 2 helikopter 71 nəfər şəxsi heyət cəlb olunub - VİDEO


Fövqəladə Hallar Nazirliyi Ağsuda baş verən yanğınla bağlı məlumat yayıb.

Yeniavaz.com FHN-ə istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağsu rayonu Kəndəxan kəndi yaxınlığında dağlıq ərazidə yanğın başlayıb.

Yanğının söndürülməsi üçün əraziyə FHN-in Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətindən 5 ədəd texnika və 30 nəfər şəxsi heyət, Mülki müdafiə qoşunlarından 4 ədəd texnika və 41 nəfər şəxsi heyət cəlb olunub.

DİGƏR XƏBƏRLƏR

Top