Suriya ordusu İdlibdəkilərin çıxması üçün dəhliz açıb


Suriya ordusu İdlibin Soran  qəsəbəsini və Həma şəhərinin şimalını tərk etmək istəyən şəxslər üçün humanitar dəhliz yaradıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, məlumatı Suriyanın dövlət informasiya agentliyi "SANA" ölkənin xarici işlər nazirliyinə əsaslandıraraq yayıb.
Humanitar dəhlizin yaradılmasında məqsəd Suriya ordusunun bütün vasitələrlə fasiləsiz bombaladığı İdlib və Həmadakı mülki şəxslərin ərazini təhlükəsiz şəkildə tərk etməsidir.
BMT-nin verdiyi statistik məlumatlara əsasən ərazidə qarşıdurmanın gücləndiyi vaxtdan etibarən 900 mülki şəxs ölüb, 400 min nəfər isə buranı tərk edib.

DİGƏR XƏBƏRLƏR

Top