Azərbaycanlı idmançılar etiraz etdi: Türkiyə erməni idmançıları turnirdən kənarlaşdırdı


Ermənistan Parlamentinin millət vəkili, Elm, təhsil, mədəniyyət, diaspora, gənclik və idman komissiyasının sədri Mxitar Hayrapetyan Dünya Şahmat Federasiyasına (FIDE) Türkiyə ilə bağlı şikayət məktubu ünvanlayıb.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, buna səbəb Ermənistanı təmsil edən qadın şahmatçının Türkiyədə keçirilən Beynəlxalq şahmat turnirində iştirak edə bilməməsidir.
Bildirilir ki, 19-24 avqust tarixlərində Türkiyənin Sivas şəhərində keçirilən Beynəlxalq şahmat turnirinə həm Azərbaycan, həm də Ermənistan şahmatçıları dəvət olunub. Lakin, Azərbaycan şahmatçıları Ermənistan şahmatçıları turnirdə iştirak edəcəyi təqdirdə Türkiyəyə gəlməyəcəklərini bildiriblər. Bundan sonra turnirin təşkliatçısı Mustafa Eroğlu Ermənistan şahmatçılarına göndərdiyi dəvəti ləğv edib.
Ermənistan Parlamentinin millət vəkili bunu ayrıseçkilik kimi qiymətləndirərək FIDE-nin məsələyə münasibət bildirməsini istəyir.
Qeyd edək ki, Türkiyənin Sivas şəhərində keçirilən Beynəlxalq şahmat turnirində 10 ölkədən 400-dən çox idmançı iştirak edir.
 
 
 

DİGƏR XƏBƏRLƏR

Top