ALS xəstəsinin 15 il sonra dediyi ilk sözlər hamını ağlatdı


Uzun müddətdir iflic olan şəxs xüsusi aparat vasitəsilə fikirlərini ifadə edə bilib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Don və Loran 3 uşaq sahibi 25 illik evlidirlər. Don 10 il qabaq ALS xəstəliyinə tutularaq iflic olur və danışıq qabiliyyətini itirir. Ancaq həyat yoldaşı Loran ən çətin vaxtlarında belə onu buraxmır. 15 il Donun qayğısına qalır, xəsəliyini paylaşır. Həyat yoldaşı Loran isə bir çox metoda əl ataraq Donu danışdırmağa çalışır. Nəhayət uzun müddət sonra Loran xüsusi proqram vasitəsilə Donun fikirlərini öyrənə bilir. Onun bildirdiyi ilk fikirlər isə hər kəsi göz yaşlarına boğur: "Canım Loran sənsiz bir həyatı xəyal edə bilmirəm. Uzun illərdir xəstə ikən yaşamağıma kömək etdin, məni buraxmadın. Önümüzdəki 25 ili səbirsizliklə gözləyirəm. Səni Sevirəm".

DİGƏR XƏBƏRLƏR

Top