İran S-300 sisteminə rəqib Bavar-373 sistemini təqdim edib - VİDEO


İran Rusiya istehsalı S-300 hava hücumundan müdafiə sistemləri ilə rəqabət apara biləcək uzaq məsafəli Bavar-373 sistemini təqdim edib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, ölkə prezidenti Həsən Ruhani Milli Müdafiə Sənayesi Günündə yeni hava hücumundan müdafiə sistemini təqdim edib.
Qeyd edək ki, bu təqdimetmə həm də İranın ABŞ-la münasibətlərinin kəskinləşdiyi dövrə təsadüf edib. İyun ayında İran İnqilab Keşikçilərinin ABŞ-a aid pilotsuz təyyarəni vurması ilə yenidən iki ölkə arasındakı münasibətləri kəskinləşdirmişdi.
İran isə beynəlxalq sanksiyalara cavab olaraq müdafiə sənayesini daha da inkişaf etdirməyə çalışır.

DİGƏR XƏBƏRLƏR

Top