Nadir Qafarzadə falçıya gedən müğənnilərə səsləndi: Cahillikdən uzaq olun!


Son vaxtlar məşhur müğənnilərin falçıya getmələri ilə bağlı yayılan xəbərlər cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Elmin, texnikanın inkişaf etdiyi bu dövrdə hələ də bəzi insanların "yol açdığına" inanlarla bağlı müxtəlif fikirlər söyləndi.
Nadir Qafarzadə Yeniavaz.com-a mövzu ilə bağlı öz fikirlərini bildirib. Müğənni qeyd edir ki, hər şey Allahın əlindədir: "Əgər Allaha inanırıqsa gərək hər şeyi ona buraxaq. Falçı kimdir axı bizə kömək edə bilsin? Onlar sadəcə sadəlövh insanlardan istifadə edirlər. Bizdə axı cahillik çoxdur".
Müğənni bildirdi ki, insanlar gərək savadlı olmağı bir tərəfə qoyub bu tip cahil yollara əl atmasınlar: "Falçı əgər nəsə edə bilsə öz həyatını dəyişərdi. Bəzi müğənnilər də həmin yola əl atır. Yəqin onlar fikirləşir ki, əgər məni toya çağırmırlarsa yəqin ki, qabağımı bağlayıblar. Bu tip şeylərə qətiyyən inanmaq lazım deyil. Son vaxtlar sosial şəbəkələrdə Mətanət İskəndərlinin falçıya getməsi ilə bağlı yayılan xəbərlər barədə isə Mətanət xanıma demək istəyirəm ki, Allah onun köməyi olsun, Allahdan istəsin falçıdan yox".

DİGƏR XƏBƏRLƏR

Top