Zelenski Rusiyaya görə Trampa müraciət etdi


Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın yenidən G7-ə daxil edilməsi ilə bağlı ABŞ prezidenti Donald Trampa müraciət edib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Zelenski Rusiyanın yenidən G7-ə (İqtisadiyyatı ən güclü 7 ölkədən ibarət təşkilat) qaytarılmasının istəyən ABŞ-a etiraz edərək, Rusiyanın işğalçıllıq siyasətini hələ də davam etdirdiyini bildirib: "2018-ci ilin mart ayında Rusiyanın G*-dən çıxarılmasından sonra heç nə dəyişməyib".
Öz "Twitter" səhifəsində bu haqda yazan Zelenski Ukraynaya məxsus Krımın hələ də işğal altında olduğunu qeyd edib: "Donbassda da hələ də davam edən müharibənin ağrı-acısını yaşayır. Rusiya diplomatik arenadakı nüfuzunu geri qazanmaq istəyirsə Krımı geri verməli, Donbassdakı müharibəni dayandırmalı, 100-dən çox siyasi məhkumu və dənizçilərimizi azad etməlidir".
Zelenski həmçinin ilk andan bəri Ukraynanın ərazi bütövlüyünə dəstək verən ölkələrə öz təşəkkürünü bildirib.

DİGƏR XƏBƏRLƏR

Top