Əks yolun sağ zolağı ilə "protiv" gedən sürücü - VİDEO


Avqust ayının 21-i, saat 17:52 radələrində Novxanı yolunda qəribə mənzərə kameraya düşüb.

Yeniavaz.com Avtosfer.az-a istinadən xəbər verir ki, avtomobil sol zolaqdan sola dönmə edərək çimərlik ərazisinə daxil olmaq istəyir. Bu zaman əks yolun sağ zolağı ilə “protiv” gələn digər avtomobil onun qarşısında peydə olur. Sürəti aşağı olduğu üçün sola dönən sürücü qəzadan qaça bilir.

Digər “tələsən” sürücü isə elə əks zolaqla yoluna davam edir. Ümid edirik ki, DYP bu sürücünü aşkar edərək müvafiq qaydada cəzalandıracaq.

DİGƏR XƏBƏRLƏR

Top