“Crocus Group”un prezidenti Araz Ağalarovun qardaşı qızı, Səbinə Ağalarovanın Moskvadakı evi qarət olunub.
Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bununla bağlı S.Ağalarova polisə müaricət edib. O, evindən külli miqdarda pul oğurlandığını deyib.
Bildirilir ki, iş xanımı avqustun 9-da evini tərk edib. 10 gün sonra evinə dönən S.Ağalarova seyfini yoxlayıb. Seyfdən 25 min dollardan çox pulun itdiyini görən S.Ağalarova dərhal polisə müraciət edib. Evindəki zinət əşyalarına toxunulmadığını deyən iş xanımı 2 ədəd xəz paltosunun da oğurlandığını deyib.
S.Ağalarova oğurluqda öz işçilərindən şüphələndiyini və onların bunu asanlıqla edə biləcəyini vurğulayıb.