Qurban Qurbanov: Yaxşı hazırlaşmışıq


“Açıqlamalardan hiss olunur ki, “Linfild” olduqca istəklidir. Rəqibin oyununa baxmışıq, analiz etmişik. Qarşılaşmaya yaxşı hazırlaşmışıq”.

Bunları "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

47 yaşlı mütəxəssis bildirib ki, sabah meydanda ən yaxşısını və düzgün olanı etməyə çalışacaqlar:

“Rahil Məmmədovla Riçard Almeyda cəzalı durumda olduğu üçün bəllidir ki, oyunu buraxacaqlar. Bədavi Hüseynov isə bir müddətdir ki, zədəlidir. Ailton Silva və Maksim Medvedev son məşqlərdə problem yaşadı və onlarla bağlı konkret qərar veriləcək. Onların müayinəsindən və həkimlərin məsləhətindən sonra son duruma aydınlıq gələcək”.//Report

DİGƏR XƏBƏRLƏR

Top