Azərbaycanda tanınmış aktyor vəfat etdi - FOTO


Bir müddətdir ki, komada olan Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Məhərrəm Qurbanov vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə aktyorun iş yoldaşları məlumat verib.
Qeyd edək ki, o dünən beyin insultu keçirdiyi üçün Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi. Aktyorun qızı Aytən Qurbanova isə həkimlərin onun atasına 72 saat vaxt qoyduqlarını bildirmişdi.
Onu da bildirək ki, M. Qurbanov 1996-cı ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında çalışır. Saysız-hesabsız tamaşalarda müxtəlif obrazlar canlandıran sənətkar "Qız qalası", "Ərazi", "Ayrılıq imiş", "Axırıncı yol", "Son nəfəsədək" və s. filmlərdə rol alıb.

DİGƏR XƏBƏRLƏR

Top