Türkiyədə hərbi hissənin ərazisində erməni kilsəsi fəaliyyət göstərəcək - FOTO + VİDEO


Türkiyənin Sivas bölgəsində yerləşən hərbi hissənin həyətindəki erməni kilsəsi təmir olunaraq istifadəyə veriləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı Türkiyənin "Sabah" qəzeti yazıb. 
Məlumatda bildirilir ki, Sivasdakı "5-ci piyda briqadası"nın yerləşdiyi ərazidə 19-cu əsrdə inşa olunduğu deyilən "Surp Kevork" kilsəsi təmir olunaraq Erməni Dostaları Dərnəyinə təhvil veriləcək. Dərnəyin rəhbəri Seduk Koçak deyib ki, kilsə 1940-cı ildən sonra hərbi hissənin ərazisində qalıb: "Uzun illər heç kim bu kilsəyə yaxınlaşa bilmədi. Bu il hərbi hissəyə getdik və gözləmədiyimiz halda komandir kilsəni görməyimizə icazə verdi".
Bildirilir ki, kilsənin ermənilərə təhvil veriılməsi işlərinə əslən Sivaslı olan Müdafiə naziri İsmət Yılmaz nəzarət edib. Ötən ilin oktyabr ayında Erməni Dostaları Dərnəyinin üzvləri Müdafiə naziri İsmət Yılmazla görüşərək kilsənin onlara verilməsini istəyiblər. Bundan sonra nazir həmin əraziyə gələrək kilsə ilə tanış olub. Bundan sonra kilsənin təmiri üçün Sivas valisi Zübeyr Kemeleke göstəriş verilib. "Sabah" qəzetinə açıqlama verən Sivas valisi bildirib ki, kilsəni orjinal formasına bənzər şəkildə təmir edəcəklər: "Biz Sivasda yaşayan ermənilərə müraciət etdik ki, kilsə ilə bağlı onlarda fotolar varsa bizə gətirsinlər. Bu fotolara baxaraq təmir işlərini aparmaq istəyirik". 
Sivas valisi onu da bildirib ki, "5-ci piyda briqadası" bölgənin ən böyük hərbi təlim mərkəzidir: "Sərhədləri qoruyan hərbçilər burada hazırlıq keçirlər".
Bundan başqa Müdafiə naziri İsmət Yılmazın dəstəyi ilə Sivasın Gürün rayonunda başqa bir erməni kilsəsinin də təmiri aparılır. Məlumat üçün qeyd edək ki, Müdafiə naziri İsmət Yılmaz da əslən Sivasın Gürün rayonundandır.
Onu da qeyd edək ki, Türkiyə mətbuatı Ədalət və İnkişaf Partiyasının (AKP) hakimiyyəti dövründə  Dərnəklər İdarəsi (Vakıflar Genel Müdürlüğü) tərəfindən 12, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən isə 70 kilsənin təmir edildiyini yazır. Təmir edilən kilsələr arasında ermənilərə məxsus Diyarbəkir Sur Erməni Protestant kilisəsi və Diyarbəkır Sur Erməni Katolik Kilisəsi də var.

DİGƏR XƏBƏRLƏR

Top