Günvurma ilə bağlı 29 müraciət olub - RƏSMİ


Bu mövsüm günvurmalarla bağlı təcili tibbi yardıma 29 müraciət daxil olub. 

Səhiyyə Nazirliyindən verilən məlumata görə, onlardan 18 nəfəri hospitalizasiya edilib, 11 nəfərə yerində yardım göstərilib. Müraciət edənlərdən 12-si qadın, 14-ü kişi, 3-ü uşaq olub. 

Qeyd edək ki, bu il havaların sərin keçməsi ilə əlaqədar müraciətlərin sayı ötən illə müqayisədə azdır. (APA)

DİGƏR XƏBƏRLƏR

Top