Poreşenko və Klimkinə qarşı cinayət işi açıldı

 
Kiyevin Solomenski rayon məhkəməsi Ukraynanın Milli Antikorrupsiya Bürosuna sabiq prezident Petro Poroşenko və Ukraynanın xarici işlər naziri Pavel Klimkinə qarşı cinayət işinin başlanmasını əmr edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “RİA novosti” məlumat verib.
Məlumata görə, P.Poreşenko və P.Klimkin vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinirlər. Bildirilir ki, məhkəmədə belə bir iddia Ukrayna vətəndaşı tərəfindən qaldırılıb. İyulun 15-də Ukraynanın Milli Antikorrupsiya Bürosuna müraciət edilsə də bununla bağlı inayət işi açılmayıb və məhkəmə öz növbəsində şikayət təmin edib.
Məlumata görə, P.Poreşenko və digər vəzifəli şəxslərə qarşı 11 cinayət işi açılıb.
Avropa İşləri Partiyasının qurultayında çıxış edən P.Poroşenko, Ukrayna xalqı qarşısında cavabdeh olduğunu və təqiblərdən qorxmadığını deyib.

DİGƏR XƏBƏRLƏR

Top