Polşa hökuməti Almaniyadan 850 milyard dollar təzminat tələb edəcəyini açıqlayıb.
Yeniavaz.com xarici mətbuata istinadən xəbər edir ki, iqtidarda olan Hüquq Və Ədalət Partiyası Nasist Almaniyasının 1939-cuildə Polşaya hücümu nəticəsində 3 milyonu yəhudi olmaqla ümümilikdə 5 milyon 800 min insanın öldürdüyünə görə tələb etdikləri 850 milyard dollarlıq təzminat layihəsini sentyabrın 1-də Almaniya hökumətinə təqdim edəcəklərini bildirib.
Qeyd edək ki, Almaniya 1991-ci ildə Alman-Polşa Qonşuluq Müqaviləsinə əsasən Polşaya 1 milyard 300 min avro təzminat ödəyib.
Xatırladaq ki, aprel ayında Yunanıstan parlamenti də Almaniyadan 290 milyard avro təzminat alınması qərarını səs çoxluğu ilə qəbul edib.