Danimarka krallığı Qrenlandiyanın satılmasına razıdır


Danimarkanın krallıq ailəsi, parlament və hökumətdən fərqli olaraq ABŞ prezidenti Donald Trampın Qrenlandiyanı almaq ideyasına müsbət yanaşıb.

Bu barədə “Newsweek” jurnalı məlumat verib.

“Almaq barədə təklif füsunkar Qrenlandiya üçün əsl iltifat olardı. Yalnız arzulanan torpaqlar belə təklif alırlar”, -deyə Danimarka şahzadəsi, kraliça II Marqrettanın əmisi oğlu Valdemarın xanımı, Antoniya Şaumburq-Lippe söyləyib. Xanım Şaumburq Lippe bu barədə qərarın Qrenlandiyanın sakinləri tərəfindən verilə biləcəyini qeyd edib.

Onun oğlu, şahzadə Mario Maks Şaumburq da eyni mövqeni paylaşıb. “Mən Qrenlandiyanı sevirəm, buna görə də onun xalqının xoşbəxt olmasını arzulayıram. Onların özləri üçün ən yaxşı hesab etdikləri variantı seçmək lazımdır”,-deyə jurnal şahzadənin sözlərini çatdırıb.
Xatırladaq ki, dünyanın ən böyük adasının alınması məsələsi barədə xəbərlər ABŞ mətbuatında bu ilin avqusutun 16-da çıxıb.

Məsələ Danimarkada böyük rezonansa səbəb olub və hökumət qanadından qəti rədd cavabı gəlib.

Bir sıra yerli siyasətçi isə Donald Trampı dəli adlandırmaqdan çəkinməyib.//musavat.com

DİGƏR XƏBƏRLƏR

Top