İtaliya prezidenti baş naziri istefa verib


İtaliya prezidenti Serco Mattarella baş nazir Cüzeppe Kontenin istefa ərizəsini qəbul edib.

Bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, baş nazirlə prezident arasında 15 dəqiqəlik görüş də olub.

Qeyd edək ki, C.Konte onun qurduğu hökumətin işinin bitdiyini və vəzifəsindən istefa verəcəyini elan etmişdi. Onun sözlərinə görə, yaxın vaxtlarda istefa ərizəsinin qəbul edilməsi üçün ölkə prezidenti Serco Mattarellaya müraciət edəcək. Baş nazirin belə bir addım atması İtaliyadakı siyasi böhran və hakim koalisiyanın dağılması ilə əlaqələndirilir. O, həmçinin bildirib ki, böhran İtaliyaya ciddi risklər vəd verir və onu çıxılmaz vəziyyətdə qoyacaq.

Konte öz müavini – daxili işlər naziri Matteo Salvini haqqında da mənfi fikirlərini bölüşüb.

“Daxili işlər naziri öz öhdəliklərini pozub, şəxsi və partiyasının maraqlarını güdür, siyasi məsuliyyətsizliklərə yol açır”, - deyə Konte qeyd edib.//APA

DİGƏR XƏBƏRLƏR

Top