Dərdlərə dərman Abşeron əncirinin 12 faydası – Ürəkdən tutmuş xərçəngə kimi....


Abşeron əncirinin şöhrəti isə ölçüyəgəlməz dərəcədə böyükdür. Abşeronun susuz torpaqlarında yetişib yüz illər boyu qiymətli məhsul verən bu cənnət bitkisinin tayı-bərabəri yoxdur. "Qurani-Kərim”in bir surəsində əncirə və zeytuna and içilib. Abşeron əncirinin nadir və çoxlarına qəribə gələcək bir kəraməti də var. Keçən əsrin 60-cı illərində Mərkəzi Komitənin mərhum birinci katibi Vəli Axundov bir yığıncaqda məlumat verdi ki, dünən bir neçə alim Abşeron ənciri ilə şəkər xəstəliyinin müalicəsi sahəsində yaxşı nəticələr əldə edərək, namizədlik dissertasiyası müdafiə edib. Biz isə bu məhsulun qədrini kifayət qədər bilmirik. 


Abşeron ənciri respublikanın hər yerində yetişə bilir, lakin Abşerondakı keyfiyyəti heç bir yerdə vermir. Vaxtilə əncir və ondan alınan əncir qurusu, mürəbbə, cem, bəhməz, əncir fərəc Bakının, Abşeron kəndlərinin əvəzsiz nemətləri olub. Həm də bu məhsullar minlərlə kəndin təminat mənbəyi idi.

Əncirin bilmədiyiniz  12 faydasını təqdim edirik:

Əncirin tərkibi:

Təzə meyvələri zülal, şəkər, dəmir, PP, C, B vitamini, natrium, kalium, kalsium, fosforla zəngindir. 

1.Əncir qəbizliyə qarşı, bağırsaqları işlədən vasitədir
2.Sidikqovucudur, böyrəkləri təmizləyir
3.Dalaq və qaraciyərin dərmanıdır
4.Kaliumla zəngin olduğundan ürək əzələsi və damarlarını möhkəmlədir
5.Dəridə irinli furunkul, abses olduqda ənciri buxarda saxlayıb həmin yerə bağlayırdılar
6. Aritmiya, tromb əmələ gəlməsinə qarşıdır
7.Qanı durulaşdırır, təmizləyir, pektinlə zənginləşdirir
8.Sümük dayaq hərəkət aparatını möhkəmlədir
9.Həzm sistemini normallaşdırır, faydalı fermentləri artırır
10.Tərkibində olan kumarin onkologiyaya qarşıdır
11.Bədəni, qaraciyəri, bağırsaqları toksinlərdən, şlaklardan təmizləyir
12.Triptofan tərkibli olduğu üçün depressiya, stress, yuxusuzluqda südə qatılıb içilir

Əncir şəkər xəstələrinə və mədə turşuluğu pozuntuları olanlara olmaz
Uşaqlar gündə 2-3 ədəd, böyüklər isə 5-7 ədəd meyvəsini yeyə bilər//medicina.az

DİGƏR XƏBƏRLƏR

Top