Azərbaycan nefti bahalaşıb


CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 19-da 62,64 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,73 dollar/barel çoxdur.

Yeniavaz.com xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 62,02 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,72 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 59,08 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,81 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 59,12 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,89 dollar/barel çoxdur.

DİGƏR XƏBƏRLƏR

Top