40 kiloqram quma görə 6 il həbs


İtaliyada çimərlikləri ilə məşhur Sardiniya adsında 40 kiloqram qum oğurlamaq istəyən fransalı ctlük saxlanılıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, fransalı cütlük plastik qablarda qum aparmağın qanunlara zidd olduğunu bilmədiklərini deyiblər.
Polis isə onlara, qumları götürdükləri Çia çimərliyində müxtəlif dillərdə xəbərdarlıq lövhələri olduğunu bildirib.
Cütlük Porto Torres limanından Fransaya səyahət edən qayığa minmək istəyəndə saxlanılıb.
Qeyd edək ki, Saridiniya adasında turistlər buranın heyrətamiz qumlarını xatirə kimi özləri ilə aparmaq istəsələr də, bu qumlar dövlət malı hesab olunur. 2017-ci ildə çıxarılan qanuna əsasən bu qumları qanunsuz aparanları 3000 avro pul cəzası ilə, 1 ildən 6 ilə kimi həbs cəzası gözləyir.

DİGƏR XƏBƏRLƏR

Top