İstanbulda vəkillər bələdiyyələrə qəyyum təyin edilməsinə görə aksiya keçirir - VİDEO


İstanbulun Çağlayan rayonunda bir qrup vəkil məhkəmə önündə etiraz aksiyası keçirir.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, ötən gün 3 vilayətin bələdiyyə sədrinin vəzifə səlahiyyətlərinin əllərindən alınmasına görə keçirilən aksiyanı Çağdaş Vəkillər Qrupunun vəkilləri təşkil edib.
Aksiyaya əvvəlcə polis mane olub. Polisin səylərinə baxmayaraq sakitləşmək bilməyən aksiya iştirakçılarına bu dəfə çevik alay müdaxilə edib. Çağlayandakı İstanbul Məhkəməsinin önündəki aksiya həllə də davam etməkdədir.
Qeyd edək ki, ötən gün Türkiyənin Daxili İşlər Nazirliyindən mətbuata Diyarbəkir, Van və Mardin bələdiyyə sədrlərinin vəzifə səlahiyyətlərinin əllərindən alınması barədə məlumat verilib. Sözügedən bələdiyyə sədrləri PKK və KCK terror təşkilatlarına dəstək verməkdə təqsirləndirilirlər. Onların yerinə isə müvafiq vilayətlərin valiləri qəyyum təyin edilib.

 

DİGƏR XƏBƏRLƏR

Top