MN: Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb - YENİLƏNİB

İyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb.

Avqustun 21-də saat 10.00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla vida mərasimi keçiriləcək.

Hazırda hərbi pilotun dəfninin təşkili ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.


***12:48
İyulun 24-də qəzaya uğramış Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin itkin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi tapılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Modern.az saytına pilotun qayınatası Qabil Hüseynli məlumat verib. 

Bu gün Rəşad Atakişiyevin nəşi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində ekzpertizadan keçiriləcək. 

Sabah saat 9-da isə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində vida mərasimi təşkil olunacaq. 

Mərhumun sabah dəfn olunması planlaşdırılır. R.Atakişiyevin cənazəsi II Fəxri Xiyabanda dəfn olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top